Pxenyan Kişida Fumionun Almaniyaya səfərini pisləyib

16 İyul 2024 17:13 (UTC+04:00)

Şimali Koreya Yaponiyanın baş naziri Kişida Fumionun Almaniyaya səfərini pisləyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
''Yonhap''ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yaydığı xəbərə görə, rəsmi Pxenyan Kişida Fumionun Almaniyaya səfərini pisləyib və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə Almaniya ordusu arasında imzalanan müqaviləni ''gizli hərbi müqavilə'' adlandırıb.
Pxenyan administrasiyası iki ölkəni regional gərginliyi artıran hərbi təlimlərdə əməkdaşlıq etməkdə ittiham edib.
Şimali Koreya həmçinin NATO-nun Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməsini pisləyib. Şimali Koreya həmçinin ABŞ, Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımların “NATO-nun Asiya versiyasını yaratmaq cəhdi” olduğunu iddia edib.