2024-cü il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri iki dövlət arasında mövcüd münaibətlərin miqyasını bir daha təstiqləyib. Bir sıra əlamətdar hadisə və bəyanatlarla əlamətdar olan bu səfər, iki xalq arasında dərin tarixi və mədəni qardaşlığı əks etdirən Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində mühüm mərhələsi olmaqla yanaşı, regionun daha geniş geosiyasi dinamikası üçün mühüm göstərici olub. Qlobal dəyişikliklər və yeni çağırışlar fonunda iki ölkə liderlərinin görüşü strateji müttəfiqliklərin möhkəmləndirilməsi və beynəlxalq arenada ümumi maraqların təşviqi simvoluna çevrildi.
Səfərin əhəmiyyəti artıq protokol səviyyəsində təstiqini tapmışdır. Cənab Prezident İlham Əliyevin təyyarəsi Pakistanın hava məkanında onu yerə enənə qədər müşayiət edən ölkənin Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən qarşılanıb. Bu şərəf Azərbaycan və Pakistan arasında hörmət və dostluğun yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Ölkəmizin rəhbərini Pakistanın Baş naziri cənab Məhəmməd Şahbaz Şərif tərəfindən şəxsən qarşılanması da ikitərəfli münasibətlərin əhəmiyyətini və yüksək səviyyədə olduğunu vurğulayır. Pakistanın Baş nazirinin səmimi qarşılanma, o cümlədən İslamabadda keçirilən rəsmi görüşlərdə və əldə olunan razılaşmalara dair bəyyantlar iki ölkə arasında strateji əməkdaşlığı vurğulayan sənədlərdə öz əksinin tapıb.
Səfər çərçivəsində cənab İlham Əliyev və cənab Məhəmməd Şahbaz Şərif iqtisadi əməkdaşlıq, investisiya, ticarət və sənaye daxil olmaqla geniş spektrli məsələləri müzakirə ediblər. Xüsusilə, Bakı ilə Pakistanın İslamabad, Kəraçi və Lahor kimi böyük şəhərləri arasında birbaşa uçuşlar təşəbbüsü müzakirə edilib ki, bu da ölkələr arasında turizm və biznes axınının artmasına kömək edəcək.
Ölkə Başçısı əvvəlki səfərdən 7 il sonra səfərinin rəmzi olduğunu xüsusi qeyd etdi, iki ölkə arasında əlaqələrin davamlılığını və möhkəmləndiyini vurğuladı. Görüşlər zamanı müxtəlif sahələrdə, o cümlədən enerji, infrastruktur və müdafiə sənayesi sahələrində birgə layihələrin həyata keçirilməsi üçün konkret addımlar müəyyən edilib.
Əlbətdə ki, Azərbaycan və Pakistan beynəlxalq aləmdə yüksək səviyyədə qarşılıqlı dəstək nümayiş etdirir. Cənab İlham Əliyev bəyanatında İkinci Qarabağ müharibəsi zamanı Pakistana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı öz müqəddəratını təyin etmək hüququnda Pakistanı hər zaman dəstəkləyəcəyini qeyd edib. Bu dəstək beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Prezident Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Pakistan və onilliklər boyu hüquqlarına məhəl qoyulmayan və pozulan kəşmirlilərin yanında olacaq.
Təkzib olunmaz faktdır ki, ölkələrimiz qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərimizin inkişafına böyük əhəmiyyət verir. Pakistan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir çox məsələlərdə Azərbaycanı dəstəkləyib və dünyada Qarabağ məsələsinə görə Ermənistanı tanımayan yeganə ölkədir. Pakistan Azərbaycanla həmrəy olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası ərazisinin beşdə birini işğal etmiş Ermənistanla heç bir münasibət qurmamışdır. Xocalı soyqırımını pisləyən İslamabad administrasiyası Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, hər fürsətdə İrəvanı sərt şəkildə tənqid etməyə çalışır. 30 illik erməni işğalı ərzində Pakistan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edib. Pakistanın ölkəmizə qardaş münasibəti, 44 günlük müharibədə də inandırıcı şəkildə özünü göstərdi. İslamabadın Bakıya mənəvi və siyasi dəstəyi Azərbaycanın dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində böyük əhəmiyyət kəsb edirdi. Əlbətdə ki, hər bir mövqenin əsası kimi, Pakistanın bu cür isti və ədalətli mövqeyinin tarixi əhəmiyyətli səbəbi vardır.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, ölkənin hərbi təhlükəsizliyini təmin etməyə qadir müasir silahlı qüvvələrin yaradılmasına yönəlmiş fəaliyyətə diqqət yetirdi. Bu kontekstdə daxili islahatlarla yanaşı, digər ölkələrlə hərbi əməkdaşlığın qurulması istiqamətində də ciddi addımlar atıldı. Bu məqsədlə, Azərbaycanın əməkdaşlıq etdiyi aktorlardan biri də Pakistan olub. İslamabad Bakını dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu kontekstdə Faruk Leqhari 1995-ci ildə Pakistanın Azərbaycana səfər edən ilk prezidenti oldu.
Azərbaycanın hərbi doktrinasına uyğun olaraq, Bakı administrasiyası yeni texnologiyalara yiyələnmək və müasir sənaye sahələri yaratmaq, habelə mövcud əlaqələri inkişaf etdirmək məqsədilə digər dövlətlərlə hərbi-texniki əlaqələr qurur. Bu kontekstdə iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi əsasını 2002-ci ilin sentyabrında Kəraçidə imzalanmış “Müdafiə və Hərbi Əməkdaşlıq Müqavilə”s təşkil edir.
Bundan əlavə, Pakistan 1991-ci il dekabrın 12-də Azərbaycanı tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci il iyunun 9-da Azərbaycanın dövlət müstəqilliyinin Pakistan tərəfindən tanınmasından və onlar arasında diplomatik münasibətlərin qurulmasından sonra, tarixən sıx mədəni və dini bağlılıqlar iki ölkə arasında həqiqətən də qardaşlıq və dostluq münasibətləri inkişaf edir. Cənab Prezident bəyanatında İkinci Qarabağ müharibəsi zamanı Pakistana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və Azərbaycanın kəşmirlilərin hüquqlarının müdafiəsinə sadiqliyini vurğulayıb. Bu dəstək beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır ki, bu da Azərbaycan və Pakistanı BMT və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) kimi qlobal təsisatlarda öz maraqlarının təşviqində mühüm müttəfiq edir.
Səfərin mühüm elementlərindən biri də, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması olub. Onların arasında ilkin mərhələdə doqquz məhsul növünü əhatə edən güzəştli ticarət sənədi xüsusi yer tutur. Bu addım qarşılıqlı ticarətin həcmini əhəmiyyətli dərəcədə artıra biləcək uzunmüddətli iqtisadi əməkdaşlığın yalnız başlanğıcıdır. Cənab Prezident vurğulayıb ki, Azərbaycan Pakistan iqtisadiyyatına iki milyard dollardan başlayaraq, enerji, nəqliyyat, infrastruktur və müdafiə sənayesi sahələrində layihələri əhatə edən sərmayə qoymağa hazırdır. Bir il əvvəl Pakistanın Baş nazirinin Azərbaycana səfəri praktiki əməkdaşlığın əsasını qoydu və cənab İlham Əliyevin hazırkı səfəri birgə layihələrin həyata keçirilməsinə yönəlmiş bu xətti davam etdirir.
Yekunda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında strateji və qardaşlıq münasibətlərini möhkəmləndirən mühüm hadisə oldu. Qarşılıqlı hörmət, beynəlxalq aləmdə dəstək və dərin əməkdaşlığa dair addımlar, ikitərəfli əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. Bu səfər əsrlər boyu qurulmuş qardaşlıq və dostluğun əhəmiyyətini vurğuladı və onların hər iki xalqa fayda gətirən real layihələrdə həyata keçirilməsi üçün yeni imkanlar açdı.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü