Azərbaycanın kişi həndbol komandalarının rəqibləri bəlli olub

16 İyul 2024 14:53 (UTC+04:00)

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişi həndbol komandalarının rəqibləri bəlli olub. SİA xəbər verir ki, “Kür” Kiprin “Stravolo”, “Bakı” isə Monteneqronun “Lofçen Çetinye” klubu ilə üz-üzə gələcək. Azərbaycanın hər iki təmsilçisi turnirə ikinci mərhələdən qoşulacaq.

İlk oyunlar oktyabrın 19-20-də, cavab qarşılaşmaları isə 26-27-də keçiriləcək.