Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək

16 İyul 2024 10:43 (UTC+04:00)

Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Azərbaycan Kanoe və Avarçəkmə federasiyasından SİA-ya verilən məlumata görə, iyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafə üzrə güclərini sınayacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.