Naxçıvanda əhalinin sayı artıb

16 İyul 2024 10:28 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. SİA-ya Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469 460 nəfər olub.