Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib

16 İyul 2024 09:12 (UTC+04:00)

Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.