Kolumbiya futbolunun rəhbəri saxlanıldı

16 İyul 2024 08:10 (UTC+04:00)

Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun saxlanılıb. SİA xəbər verir ki, hadisə Amerika kubokunun finalından sonra baş verib. O, oğlu ilə stadionda dava saldığı üçün tutulub.

Qeyd edək ki, Mayamidə keçirilən final matçında Argentina Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib.