İspaniya Ukraynaya 10 Leopard tankı göndərdi

16 İyul 2024 08:06 (UTC+04:00)

İspaniya hakimiyyəti Ukraynaya daha 10 ədəd Leopard tankı göndərib. SİA xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir:

“Hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 Leopard 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”.

Tankların həftə sonunadək Polşa limanına çatması, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.