...Deməli, Putinin yaxın dostu Nikita Mixalkovun üç övladı var: qızları Anna və Nadejda və oğlu Artem. Artemin birinci həyat yoldaşı Dariadan Natalya adlı bir qızı var. Bu il onun 22 yaşı tamam olacaq. O, kifayət qədər qapalı bir həyat sürür, lakin ən vacib hadisə haqqında səssiz qala bilməzdi.
Belə ki, Nikita Mixalkovun nəvəsi Natalya Stepanenko qadağan olunmuş Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsində toydan foto yayımlayıb.
Ancaq o, kimə ərə getdiyini söyləməməyi üstün tutub. Bildirilir ki, Nikita Mixalkovun özü də şənlikdə iştirak edib. Deyirlər ki, görkəmli ailənin "ən istedadlı olmayan" qoluna aid olmasına baxmayaraq, Natalya Stepanenko, İnternetdəki şərhlərə görə, Nikita Mixalkovun demək olar ki, ən gözəl nəvəsi hesab olunur.
SİA-nın əldə etdiyi məlumata görə, Natalyanın özündən başqa qardaşı Aleksandr və bacısı Vera da var.
Bunlar atasının ikinci evliliyindən olan övladlarıdır. Qeyd edək ki, Artem Mixalkovun indiki həyat yoldaşının da adı Dariadır.
Nazlı Almuradova