Alimlər məşhur dietoloq məsləhətləri ilə bağlı mifi dağıtdılar

15 İyul 2024 23:16 (UTC+04:00)

...Hər kəs davamlı nişastanın qəbulunu artırmaqdan faydalana bilməz. Bunun təsiri bağırsaq mikroblarınızın tərkibindən asılıdır,

SİA bununla bağlı yazını “Gut Microbes” jurnalında dərc olunan bir araşdırma tapdı.

Yazıda deyilir ki, davamlı nişasta insan fermentləri tərəfindən parçalanmır. Bunun əvəzinə bağırsaq bakteriyaları tərəfindən həzm olunur. Tam taxıllı çörək və makaron, yaşıl banan, qəhvəyi düyü və kartof bu nişasta ilə zəngindir.

Onların istehlakı xərçəng, ürək-damar və digər xəstəliklərdən qorunmaq üçün vacib olan bağırsaq mikroblarının sağlamlığını yaxşılaşdırmaq üçün tövsiyə olunur.

...Alimlər yeni bir araşdırmada davamlı nişasta qəbul edərkən hansı bağırsaq mikroblarının saylarının dəyişdiyini müəyyən ediblər. Belə çıxır ki, bu dəyişikliklər müxtəlif insanlara xas ola bilər. Bu halda bəziləri daha çox fayda əldə edir, bəziləri isə ümumiyyətlə almaya bilər.

Alimlər daha çox araşdırmaya çağırıblar.

Müxtəlif insanlar üçün davamlı nişastanın faydalarına hansı amillərin təsir etdiyini öyrənməliyik.

Bu, fərdi, effektiv qidalanma tövsiyələrinin hazırlanmasına kömək edəcəkdir.

Nazlı Almuradova