BANM tələbələri “Yaşıl dünya üçün innovasiyalar” müsabiqəsində qalib gəliblər - FOTOLAR

15 İyul 2024 11:50 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya üçün innovasiyalar” rəqəmsal ideya müsabiqəsində SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qalib gəliblər. BANM-dən SİA-ya bildirilib ki, 120 gəncin iştirak etdiyi yarışda birinci yerə “Dəfnə” layihəsi ilə ali məktəbin tələbələri - kimya mühəndisliyi ixtisasında təhsil alan Arzu Əsədzadə və biznesin idarə edilməsi ixtisasında oxuyan Elnar Babayev layiq görülüb. Üçüncü yeri isə Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi ixtisasının tələbəsi Seyfəddin Qasımovun da daxil olduğu “Turan” komandası tutub. İntellekt nominasiyası üzrə isə biznesin idarə edilməsi ixtisasında təhsil alan Çingiz Məmmədovun da təmsil olunduğu “Qayıdış” komandası birincilik əldə edib.