"Kəpəz" kapitanı ilə müqavilə müddətini uzadıb

15 İyul 2024 11:26 (UTC+04:00)

"Kəpəz" klubu kapitanı Vurğun Hüseynov ilə müqavilə müddətini uzadıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ilə 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsümdən Gəncə təmsilçisinin formasını geyinir.