İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu olub - YENİLƏNİB

15 İyul 2024 00:59 (UTC+04:00)

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb. SİA xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.