...“Bumeranq”, “Beverli Hills polisi”, “Doktor Dolitl” və bir çox başqa filmləri ilə tanınan amerikalı aktyor Eddi Merfi model Peyc Butçerlə ailə həyatı qurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “People” nəşri yazır.
Maraqlıdır ki, o, 2018-ci ildə sevgilisinə nişanlandığını elan edib. Toydan əvvəl Peyc artıq iki uşaq dünyaya gətirmişdi: indi 8 yaşında olan qızı İzzi Una və oğlu Maks Çarlz.
Oğlanın indi 5 yaşı var. Ancaq bu yaxınlarda sevgililər münasibətlərini rəsmiləşdirməyə qərar veriblər.
Məlumdur ki, toy mərasimi Karib hövzəsinin şərqindəki Britaniyanın dəniz kənarındakı ərazisində baş tutub. 44 yaşlı gəlin krujeva ilə bəzədilmiş ağ korset paltarı seçib. Mörfi özü də ağ kostyum geyinib.
Yeni evlənənlər yeni statusları ilə bağlı hələlik açıqlama verməyiblər, lakin cütlüyün dostları artıq onları təbrik edib və aktyorun xoşbəxt olduğunu qeyd ediblər.
Qeyd edək ki, bu Eddinin ikinci rəsmi evliliyidir. Aktyor daha əvvəl aktrisa Nikol Mitçel Mörfi ilə evli olub. Onlar 13 il birlikdə yaşayıb, sonra boşanmaq qərarına gəliblər. Onların birlikdə beş övladı var: Bria, Miles, Shane, Zola və Bella...
Nazlı Almuradova