…ABŞ-da demokratiya intihar həddinə çatıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında Amerika prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini şərh edərkən yazıb. …Bu o deməkdir ki, təhlükə xaricdə deyil, daxildədir, mən sadəcə olaraq aydınlaşdırmaq istərdim ki, bu, liberalizmin intihar vəziyyətinə gətirdiyi Amerika demokratiyasıdır, - deyə Zaxarova bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, ABŞ öz siyasəti ilə ölkənin vətəndaş müharibəsi astanasında olmasını təmin edib.
Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib.
…Və müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb. Trampa atəş açan məhv edilib və şəxsiyyəti müəyyən edilib.
Federal Təhlükəsizlik Bürosunun məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur.
“The New York Post” mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Əli Babayev