Azərbaycan millisi Macarıstandakı beynəlxlaq yarışda 1/4 finala yüksəlib

14 İyul 2024 17:37 (UTC+04:00)

Azərbaycanı Macarıstanın Debretsen şəhərində keçirilən 5-ci Avropa Universitet Oyunlarında təmsil edən İdman Akademiyasının komandası 1/4 finala vəsiqə qazanıb. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan komandası qrup mərhələsində Macarıstan, Almaniya və Polşa təmsilçilərini məğlub edib.