Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

14 İyul 2024 15:27 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın olub. SİA bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.