HƏMAS Qəzzada atəşkəs danışıqlarını dayandırdığını elan etdi

14 İyul 2024 13:11 (UTC+04:00)

Fələstinin "HƏMAS" hərəkatı İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəslə bağlı danışıqları dayandırmaq haqqında qərar verib. SİA xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək vəzifəli rəsmisi bildirib.

""HƏMAS" Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında vasitəçilərə və regional maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib", - deyə o qeyd edib. "HƏMAS" nümayəndəsi bu niyyəti İsrailin danışıqlara “qeyri-ciddi münasibəti” və “mülki əhalinin kütləvi şəkildə öldürülməsi” ilə izah edib.