...Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovanın bir gün əvvəl elan etdiyi Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd Amerika pulu ilə hazırlanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova Telegram kanalında yazıb.
Qeyd edək ki, iyunun 13-də “Strana.ua”-nın jurnalisti ilə söhbətində Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri bildirib ki, Kiyev Rusiya prezidenti Vladimir Putinin həyatına cəhdlər edib, lakin onlar uğursuz alınıb.
Ukrayna əvvəllər Rusiya liderinin həyatına sui-qəsdlər olduğunu açıqlasa da, bu dəfə də Kiyev öz bəyanatlarına heç bir real sübut təqdim etməyib.
...Və Kiyevdən gələn təhdidlərə cavab olaraq Kreml bəyan edib ki, Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunub.
...Kiyev rejimindən gələn bütün təhdidlər göz qabağındadır, buna görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib bunu.
Əli Babayev