Səhnədən şəhid ailələrinə təşəkkür etdi

14 İyul 2024 11:42 (UTC+04:00)

Ötən gecə Xalq artisti Miri Yusifin konsertinin ikinci günü baş tutub. SİA xəbər verir ki, konsert zamanı müğənni ard-arda sevilən mahnılarını səsləndirib. O tamaşıçılarla söhbət etməyi də unutmayıb. Qonaqları salamlayan Xalq artisti şəhid ailələrinə konsertdə iştirak etdikləri üçün təşəkkür edib və şəhidlərin ruhu qarşısında baş əyib.

Tamaşaçılar da ayağa qalxaraq alqışlarla şəhidlərin ruhuna minnətdarlıqlarını bildiriblər.