UEFA Avro-2024-ün qalibinə veriləcək qızıl medalları təqdim etdi - FOTO

14 İyul 2024 10:28 (UTC+04:00)

UEFA-nın “X” sosial şəbəkəsindəki rəsmi hesabında 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının qaliblərinə çempionluq kuboku ilə birlikdə təqdim olunacaq qızıl medalların görüntüləri dərc olunub. SİA bildirir ki, turnirin final oyunu bu gün, iyulun 14-də Almaniyanın paytaxtı Berlinin Olimpiastadion arenasında baş tutacaq. Startı Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb. Həlledici oyunda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.