Bayden Trampa edilən sui-qəsd cəhdini pislədi

14 İyul 2024 06:39 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib. SİA xəbər verir ki, bu barədə ABŞ liderinin "X" hesabında qeyd edilib. "Pensilvaniyada Donald Trampın mitinqindəki atəş açılması ilə bağlı mənə məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən ona, ailəsinə və mitinqdə olan hər kəs üçün dua edirəm, əlavə məlumat gözləyirik".