ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin ağır vəziyyətdə olduğu deyilir...

14 İyul 2024 00:44 (UTC+04:00)

...Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində kritik vəziyyətdədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu amerikalı politoloq Con Mirşaymer “Daniel Davis / Deep Dive” YouTube kanalına müsahibəsində bildirib.

…Onun etirafına görə, hazırda Ukrayna ilə yanaşı, NATO-nun da problemləri var. Mirşaymerin fikrincə, Ukrayna döyüş meydanında uduzur. O əlavə edib ki, hazırda Ukrayna ordusu fəlakətli vəziyyətdədir.

Maraqlıdır ki, Mirşaymer Kiyevin vəziyyəti yaxşılaşdırmaq şansının olmadığını iddia edir. O, bunun nəticəsində NATO-nun da heç nə ilə qalacağını vurğulayıb.

Politoloq bildirib ki, Şimali Atlantika Alyansı blokunun hərbi blok daxilindəki çatların yaratdığı başqa problemlər də var. Bundan əvvəl ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumlarına dair bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. Bu təşəbbüs ABŞ və NATO rəhbərliyində olan bir sıra yüksək rütbəli Qərb rəsmiləri, o cümlədən alyansın səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq tərəfindən irəli sürülüb.

Əli Babayev