...NATO-nun son sammitində Ukrayna münaqişəsi yenidən diqqət mərkəzində olub: müttəfiqlər Kiyevə alyansa “dönməz yol” vəd edib və Ukrayna Silahlı Qüvvələrinə dəstəyi gücləndirmək planlarını açıqlayıblar.
Amma etiraf etmək lazımdır ki, sammit Qərbin strategiyasındakı mərkəzi ziddiyyəti də üzə çıxardı.
Qeyd edək ki, onun yardımı Kiyevin Rusiya qüvvələrinə müqavimət göstərmək qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb etsə də, bu, onun müharibədə faktiki qələbə qazanmasına mane olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Foreign Policy” qeyd edib.
...Əsasən, biz Ukraynanın döyüşdə qalmasını və müəyyən irəliləyiş əldə etməsini dəstəkləyirik, lakin döyüşdə qalib gəlməməliyik.
Bilirsiniz bunu kim deyir, Hamburqdakı Körber Fondunun beynəlxalq siyasət proqramlarının direktoru olan Liana Fiks.
Onun fikrincə, Qərbin real müharibə strategiyası yoxdur. ...Ukraynanın suverenliyini bərpa etmək istədiyimizi söyləməklə əslində etdiklərimiz arasında boşluq var.
Bunu isə Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş əməkdaşı Andrea Kendall-Taylor deyir.
Maraqlıdır ki, sammitdə elan edilən tədbirlərin döyüş meydanında alovu döndərə biləcəyinə təkcə analitiklər deyil, rəsmilər də şübhə ilə yanaşırlar.
NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer “Foreign Policy”ə deyib ki, Ukraynalılara qələbə üçün verdiyimizdən daha çox ehtiyac var.
Yeri gəlmişkən, “Foreign Policy”ə adının çəkilməsini istəməyən başqa bir məmur daha cəsarətli açıqlama verib. Onun sözlərinə görə, Qərbin bütün dəstəyi ilə Ukrayna Putin istəmədikcə qalib gələ bilməyəcək.
...Bütün bunlara nəzarət edən yalnız bir şəxs var, o da Vladimir Putindir.
Bunu etiraf edən həmən rəsmi iddia və əlavə edir ki, münaqişəni elə günü sabah yalnız Rusiya lideri dayandıra bilər.
Əli Babayev