Bu il Rusiyadan 65 mindən çox miqrant deportasiya olunub

13 İyul 2024 22:34 (UTC+04:00)

İlin əvvəlindən bu yana Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə bağlı məlumat yayıb.

O həmçinin nazirliyin həyata keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.

Belə ki, xüsusilə ağır cinayətlərin sayı 11 faiz, quldurluq - 30 faiz, adam öldürməyə cəhd - 18 faiz, soyğunçuluq- təxminən 10 faiz, cinsi istismarla bağlı cinayətlər - 8,5 faiz azalıb.