Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Rusiya Federasiyasının Rostov vilayətində neft anbarına hücum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən yazıb.
Nəşrin mənbələrinə görə, ötən gecə Rusiyanın Rostov vilayətindəki neft bazası üçün çox isti keçib.
Ukrayna dronları ümumi həcmi 12,5 min kubmetr olan müxtəlif markalı benzin və dizel yanacağının saxlandığı obyektə hücum edib.
Gecə Rostov vilayətində güclü partlayış baş verib, bundan sonra güclü yanğın başlayıb.
Ruslar yanğını söndürmək üçün demək olar ki, əlli nəfərdən və 14 ədəd texnikadan istifadə ediblər.
Əli Babayev