Deməli, bu təkcə ezdə deyil...
Belə ki, bu ilin ilk üç ayında Tacikistanda 2300-dən çox boşanma faktı qeydə alınıb və təbii ki, bu da ölkədə ciddi narahatlıq doğurur.
Bu ölkədə hər gün 25-ə yaxın nikah rəsmi qaydada pozulur. Tacikistan Parlamentinin rəsmi nəşri olan “Sadoi Mardum” qəzeti qeyd edir ki, bu rəqəm 2023-cü ilin birinci rübü ilə müqayisədə 618 hal azalsa da, “problem hələ də aktual olaraq qalır və diqqət tələb edir”.
Son illərdə ölkədə bir sıra proqramlar və Tacikistanda Ailə İnkişafı Konsepsiyasının qəbul edilməsinə baxmayaraq, ölkədə boşanmalarla bağlı statistika hələ də acınacaqlı olaraq qalır.
2023-cü ildə Tacikistanda 10 mindən çox ailə dağılıb, nəticədə 11 minə yaxın uşaq tək valideynli ailələrdə böyüyüb.
Nazlı Almuradova