...51 Nobel mükafatçısı Rusiya Federasiyası və Ukraynanı, eləcə də Qəzza zolağında münaqişə tərəflərini atəşkəsə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məktubu “Novaya qazeta” dərc edib.
...Məktubu imzalayanlar arasında 2021-ci ildə “söz azadlığı uğrunda cəsarətli mübarizəsinə görə” Nobel Sülh Mükafatını almış rusiyalı Dmitri Muratov (Rusiya Federasiyasında xarici agent kimi tanınır), Rusiya hakimiyyəti tərəfindən 1 sentyabr 2023-cü ildə xarici agentlərin reyestrinə daxil edilmiş “Novaya Gazeta” qəzetinin keçmiş baş redaktoru da var.
“Müharibə qadın siması yoxdur” adlı müharibə əleyhinə əsərinə görə ədəbiyyat mükafatı almış belarus yazıçısı Svetlana Aleksiyeviç, HİV-i aşkar edən virusoloq Fransua Barre-Sinoussi, genetik Emmanuel Şarpentier, kimyaçı Alan Heeger də məktuba qoşulublar.
Əli Babayev