“Atletiko” ispaniyalı futbolçu ilə yollarını ayırıb

13 İyul 2024 17:07 (UTC+04:00)

İspaniyanın “Atletiko” (Madrid) komandası Saul Nyigeslə yollarını ayırıb. SİA xəbər verir ki, 30 yaşlı ispaniyalı yarımmüdafiəçi 2008-ci ildən çıxış etdiyi Madrid təmsilçisi ilə vidalaşıb.

Onun ölkənin digər klubu “Sevilya”ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, Saul Nyiges ötən mövsüm “Atletiko” forması ilə 49 oyunda, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.