XİN başçısı: "Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

13 İyul 2024 15:22 (UTC+04:00)

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

"Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb".