Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləyəcəklər. SİA xəbər verir ki, məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.
Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən təklif edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.