Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 200,615 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 18,4 % azdır.
2023-cü ildə şirkətlərdən 9-u aktivlərini artırıb, 4-ü azaldıb.
Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 26,3 % azalaraq 152,559 milyon manat təşkil edib. Şirkətlərdən 8-də öhdəliklər artıb, 5-də isə azalıb.
Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 23,7 % artaraq 48,056 milyon manata, məcmu nizamnamə kapitalı isə 1 % artaraq 18,677 milyon manata çatıb. Bazar iştirakçılarından 11-i balans kapitalını, 3-ü isə nizamnamə kapitalını artırıb.