"İmperator" əməliyyat olunacaq

13 İyul 2024 06:39 (UTC+04:00)

Son zamanlar qızı Dilan Çıtak Tatlısəslə yaşadığı gərginliklə gündəmə gələn məşhur müğənni, "İmperator" ləqəbli İbrahim Tatlısəsin yaxın günlərdə ürəyindən əməliyyat olunacağı məlum olub. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, son illər səhhətində yaranan problemlərə görə bir müddət mütəmadi olaraq kardioloq tərəfindən müayinə olunan sənətçinin xəstəliyinin ürək qapağı ilə bağlı olduğu açıqlanıb.

Əməliyyatın ağır olacağını deyən Tatlısəs dostlarından halallıq istəyib.