VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, BRİCS ölkələrinin Parlament Forumu və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova tədbirlər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Leji Jao, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.
Görüşlərdə parlamentlərarası əlaqələr və beynəlxalq əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.