Belarus Ukrayna ilə sərhəddə təxribatlar hazırlaya bilər...

12 İyul 2024 20:06 (UTC+04:00)

...Belarus təhlükəsizlik orqanları Çinə öz “gücünü” göstərmək üçün Ukrayna ilə sərhəd zonasında saxta bayraq altında təxribatlar hazırlaya bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi bildirib.

...Onlar çinli həmkarlarına öz imkanlarını göstərmək üçün özlərinin uğurla qarşısını alacaqları təxribatlara əl atmağı planlaşdırırlar. İyulun 8-dən 19-dək Belarus Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun hərbi qulluqçularının Belarus ərazisində ilk birgə təlimləri keçirilir.

Bu barədə “Soprotivlenie” (Müqavimət) yazır.

Təlimlər “antiterror” statusuna malikdir. .

Belarus təhlükəsizlik qüvvələrinin planları Ukrayna ilə sərhəddə “təxribatları dayandırmaq” və sonra hər şeydə Kiyevi günahlandırmaqdır.

Əli Babayev