...Finlandiyanın daxili işlər naziri Mari Rantanen, Rusiya-Finlandiya sərhədində keçid məntəqəsinin açılmasını təhlükəsizlik şəraitindən asılı olduğunu bildirib.
...Keçid məntəqələrində təhlükəsizlik daima nəzarətdə saxlanılır, məsul şəxslər sərhəddə təhlükəsizliyin yaxşılaşdığını bildirən kimi, açılacaq.
SİA-nın əldə etdiyi məlumata görə, TASS onun sözlərini yazır.
...Bundan əvvəl Finlandiya parlamenti qaçqınların qəbulunu və onların ölkədən çıxarılmasını məhdudlaşdıran qanun qəbul edib.
Səlahiyyətlilərə görə, bu qanun Rusiya ilə sərhəddə keçid məntəqəsinin açılması demək deyil.
Finlandiya 2023-cü il dekabrın 13-dək Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələrini bağlayıb.
Bağlanma miqrantların sərhəddən nəzarətsiz keçməsi ilə bağlı idi.
Daha əvvəl Federal Təhlükəsizlik Xidməti Finlandiyanın özünün “miqrasiya böhranını” təhrik etdiyini bildirmişdi.
Əli Babayev