Ukrayna partizanları Oleşki yaxınlığında təxribat törədiblər

12 İyul 2024 18:56 (UTC+04:00)

"ATEŞ” agentləri Xerson vilayətinin Oleşki yaxınlığında təxribat törədilər.

SİA-nın əldə etdiyi məlumata görə, təxribat nəticəsində 3 sığınacaq, səngər, habelə rus silahları və ərzaq anbarları məhv edilib.

Təxminən doqquz rus yaraqlısı da yaralanıb.

...“ATEŞ” partizan hərəkatı xəbər verdiyi ki, “...agentimiz 70-ci motoatıcı diviziyanın bölmələrindən birinin mövqeləri yaxınlığında bir neçə yerdə quru otları yandırıb və bu, genişmiqyaslı yanğına səbəb olub. Yanğın nəticəsində 3 qazma, ruslara məxsus bölmənin səngərləri sıradan çıxarılıb.

Rusiya silahları və ərzaq anbarları, o cümlədən onların təchizatları da məhv edilib.

İyirmi nəfərə qədər şəxsi heyət yüksək dərəcəli yanıq xəsarətləri alıb.

...Biz işğalçılara xeyli ziyan vurmaqla bütün cəbhə xətti boyunca müqavimət göstərməyə davam edirik.

Bunu partizanlar vurğulayıblar.

Əli Babayev