Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib

12 İyul 2024 17:04 (UTC+04:00)

Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

Komanda Sahib Məmmədova tapşırılıb.

Qeyd edək ki, buna qədər yığmaya Zeynal Zeynalov rəhbərlik edirdi.