Aşura günündə keçiriləcək qanvermə aksiyalarının ünvanları açıqlanıb

12 İyul 2024 13:57 (UTC+04:00)

Bu il Məhərrəm ayının Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanvermə aksiyası Bakı şəhəri üzrə 8, regionlar üzrə isə 12 ünvanda təşkil ediləcək:

Bakı üzrə:

1. Yasamal rayonu - “Təzə Pir” məscidi;

2. Nəsimi rayonu - “Əjdərbəy” məscidi;

3. Səbail rayonu - “Bibiheybət” məscid ziyarətgahı;

4. Xəzər rayonu - “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi;

5. Nizami rayonu - “Sahib-Əz-Zaman” məscidi;

6. Nizami rayonu - Keşlə qəsəbəsi “Şah Abbas” məscidi;

7. Suraxanı rayonu - “Qaraçuxur” məscidi;

8. Binəqədi rayonu - “İmam Əli” məscidi.

Regionlar üzrə:

1. Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi;

2. Sumqayıt şəhər “Cümə” məscidi;

3. Lənkəran şəhər “Böyük Bazar” məscidi;

4. Masallı şəhər “Cümə” məscidi;

5. Mingəçevir şəhər “Heydər” məscidi;

6. Şəki şəhər “İmam Əli” məscidi;

7. Şirvan şəhər məscidi;

8. Bərdə şəhər “İmamzadə” ziyarətgah məscidi;

9. Quba şəhər “Ərdəbil” məscidi;

10. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi;

11. Xaçmaz şəhər məscidi;

12. Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi.