Baydeni dərhal vəzifəsindən uzaqlaşdırmaq lazımdır..!

12 İyul 2024 00:17 (UTC+04:00)

...Respublikaçı senator Coşa Xolinin fikrincə, Birləşmiş Ştatlar Konstitusiyasının 25-ci Düzəlişindən istifadə etməlidir.

Senatora görə, əgər prezident öz vəzifələrini yerinə yetirə bilməyirsə, deməli, vəzifəsindən kənarlaşdırılmalıdır. Baydenin nüvə silahlarına giriş kodları var, yəni onun xəstəlikləri Amerika xalqı üçün təhlükəsizlik təhlükəsi yaradır. Ona görə də o, dərhal vəzifəsindən uzaqlaşdırılmalıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu amerikalı senator deyir.

...Bu gün ABŞ Konstitusiyasının 25-ci Düzəlişindən nə üçün istifadə edilməməsi mənə aydın deyil, hansı ki, prezident öz səlahiyyətlərini, vəzifələrini yerinə yetirə bilmədikdə, o, vəzifəsindən kənarlaşdırılmalı və onun yerinə başqasına təyin edilməlidir. Ofisin bu imkanı var. Söhbət seçkilərdən gedir və əlbəttə ki, bu vacibdir. İndi biz Amerika xalqının təhlükəsizliyindən danışırıq. Unutmayaq ki, bu adamın nüvə silahlarına giriş kodları var. Hamımız debat görüntülərini gördük, hamımız onun mətbuat konfranslarını gördük, mən onu Birliyin vəziyyəti ilə bağlı çıxışı zamanı gördüm - və aydındır ki, bu adam yenidən seçilmək, prezident olmaq iqtidarında deyil. Onu dərhal vəzifəsindən uzaqlaşdırmaq lazımdır.

...Məncə, Cozef Baydenin ən qatı düşməni özüdür. Və Baydenin özü Baydenin düşdüyü vəziyyətə görə məsuliyyət daşıyır.

Bu yaxınlarda televiziyada xalq prezidentin vəziyyətini gördü. İndi biz Ağ Evin bizə yalan dediyini bilirik: bu Parkinson xəstəliyi üzrə mütəxəssis son bir ildə neçə dəfə orada olub! Bizi bütün kabinet üzvləri aldadıblar.

... “O yaxşıdır! Əla formada! Bağlı qapılar arxasında fərasət göstərir!”

Bunların hamısı yalandır və biz bunu bilirik. Onu hər gün görən və “Yox, yaxşı görünür!” deyən mətbuat bizi aldatdı.

Deməli, o, yaxşı görünmür. Bu onu göstərir ki, o, öz işinin öhdəsindən gələ bilmədiyi üçün vəzifədə qala bilməz.

...Qeyd edək ki, Coşa Xolin yenə də Birləşmiş Ştatlar Konstitusiyasının 25-ci Düzəlişindən istifadə edilməsinin vacibliyini bildirir.

Əli Babayev