Bingöl balı və Osmaniye fıstığı coğrafi işarə qeydiyyatı aldı

11 İyul 2024 23:37 (UTC+04:00)

Türkiyənin Bingöl balı və Osmaniye fıstığı Avropa İttifaqından coğrafi işarə qeydiyyatı alıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ölkənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı sosial media hesabında sözügedən mövzu ilə bağlı yazıb: "Günümüzə iki şad xəbərlə başlayırıq. Aİ-dən coğrafi işarə qeydiyyatı alan Bingöl balı və Osmaniye fıstığı ilə qeydiyyatdan keçmiş məhsul sayımız 23-ə yüksəldi. Maraqlı tərəfdaşlarımızla əməkdaşlıq edərək məhsullarımızı beynəlxalq səviyyədə coğrafi olaraq tanıtmaq və bu sayını artırmağa davam edəcəyik".