Ruslar deyir ki, Alla Rusiyadan getməklə cox şey itirib..?

11 İyul 2024 18:34 (UTC+04:00)

...Xüsusi hərbi əməliyyat başlayandan sonra əri, komediyaçı, tanınmış “xarici agent” Maksim Qalkin və əkiz uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edən Alla Puqaçova daha haralarda yaşamayıblar?...

SİA-nın əldə etdiyi məlumata görə, əvvəlcə ailə İsrailə köçdü. Orada Qalkinin qohumları yaşayır. Bir müddət Alla və Maksim gənc varisləri ilə orada yaşadılar. Lakin İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra sənətçilər və onların övladları Qalkin və Puqaçova dəbdəbəli daşınmaz əmlaklara sahib olduqları Kiprə köçüblər. Amma ailə orada da çox yaşamadı. Ötən gün Divanın Yurmalaya getməyə qərar verdiyi məlum olub.

Bu günlərdə internetdə Latviyadan çəkilmiş görüntülər yayılıb. Videoda Alla Puqaçovanı Harri və Liza, bir kişi və başqa bir uşaqla küçədə gedərkən göstərirlər. Deyirlər ki, Alla, demək olar ki, hər il isti yay günlərində yaxınları ilə Yurmalaya gəlir. Burada onun icarəyə götürdüyü villası var. Bundan əlavə, onun rəfiqəsi, müğənni Laima Vaykulenin “Rendezvous” festivalı çox yaxında başlayacaq.

Rusların yazdığına görə, internet Alla Puqaçovanın təzə kadrlarına dərhal reaksiya verib.

...Guya bir çox şərhçilər Alla Borisovnanın çox şey itirdiyini və adi bir nənə kimi göründüyü qənaətinə gəliblər.

...Necə bilirsiniz, bu rusların “yamağı” deyil ki..?

Nazlı Almuradova