Taylar Sviftin günlük xərci hər kəsi təəccübləndirdi

11 İyul 2024 16:30 (UTC+04:00)

Son zamanlar amerikalı futbolçu Travis Kels ilə eşq yaşayan Taylor Svift xərcləmələri ilə də diqqət çəkir. SİA "Life & Style"a istinadən bildirir ki, münasibətlərinin ilk ilinə yaxınlaşan məşhur cütlük bir-birlərinə romantik jestlər və hədiyyələr almaqdan çəkinmirlər.

Xəbərlərdə qeyd olunur ki, cütlük gündə min dollardan çox maaş alan 20-dən çox cangüdən işə götürüb. Onların heç biri bir-birləri üçün xərclədikləri pulların nə qədər çox olduğunu düşünmürlər.

Dünyaca məşhur pop ulduzu Taylor Svift və sevgilisi Travis Kelsin dəbdəbəli həyatları üçün gündəlik təxminən 100 min dollar xərclədikləri iddia edilib.

Ləman Sərraf