“Mən Cozef Baydeni sevirəm, amma bizə yeni namizəd lazımdır...”

11 İyul 2024 00:16 (UTC+04:00)

...ABŞ-ın hazırkı prezidenti Cozef Bayden demokratiyanı xilas etmək üçün prezidentlik uğrunda mübarizədən geri çəkilməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, amerikalı aktyor Corc Kluninin “The New York Times” üçün köşə yazısında səsləndirdiyi çağırış olub.

...Mən Cozef Baydeni sevirəm. Amma bizə yeni namizəd lazımdır.

Qeyd edək ki, bu məqalənin başlığıdır. Maraqlıda olsa, Kluni özünü "ömürlük demokrat" adlandırıb və qeyd edib ki, o, bir neçə dəfə demokrat namizədlərin prezidentlik kampaniyaları üçün pul yığmaqda kömək edib.

O, Barak Obamanı (2012), Hillari Klintonu (2016) və 2020-ci ildə Baydeni tanıtmaq üçün vəsait toplamaqdan danışıb.

...Ancaq üç həftə əvvəl xeyriyyə tədbirində birlikdə olduğum Cozef Bayden 2010-cu ildəki Cozef Bayden deyildi. O, hətta 2020-ci ilin də Cozef Bayden deyildi. O, hamımızın debatda gördüyümüz adam idi.

Bunu yazan aktyor, etiraf edib ki, ABŞ prezidenti rəqibi, keçmiş dövlət başçısı Donald Trampla debatdan əvvəl yorulmuş və ya soyuqlamış ola bilərdi.

...Ancaq bizim partiya liderləri 51 milyon insanın indi gördüklərimizi görmədiyini söyləməkdən əl çəkməlidir.

Bunu deyən Kluniyə görə, Bayden ətrafındakı vəziyyət yaşla bağlıdır və başqa heç nə yoxdur.

…Mən Co Baydeni sevirəm. Senator kimi. vitse-prezident və prezident kimi. Amma onun qalib gələ bilmədiyi yeganə döyüş zamana qarşı döyüşdür.

Bunu da aktyor yazıb və sonda o, Demokrat Partiyasının həm dövlət başçısı seçkilərində, həm də Konqresin hər iki palatasına keçirilən seçkilərdə “noyabrda bu prezidentlə qalib gəlməyəcəyi” fikrini ifadə edib.

O, Baydeni 2020-ci ildə "demokratiyanı xilas edən" qəhrəman adlandırıb və onu dörd il sonra bunu yenidən etməyə çağırıb.

Əli Babayev