Ordubad rayonunda "UAZ" markalı avtomobil yanıb

10 İyul 2024 18:19 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonunda "UAZ" markalı avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, dərhal Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.