İstanbul boğazı müvəqqəti bağlanıb

10 İyul 2024 16:54 (UTC+04:00)

Türkiyədə İstanbul boğazı bağlanıb. SİA “Haber Global”a istinadən xəbər verir ki, buna səbəb “LIONFISH” adlı gəmidə yaranan nasazlıq olub.

Bununla əlaqədər olaraq gəmilərin hər iki tərəfə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hərəkətin nə vaxt bərpa olunacağı açıqlanmayıb.