DİM “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib

10 İyul 2024 15:58 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib. DİM-dən SİA-ya bildirilib ki, jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2023-cü ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları təqdim olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.