Məşhur aktyor reanimasiyaya yerləşdirildi - FOTO

10 İyul 2024 15:35 (UTC+04:00)

“Yeşilçam” ulduzu, bütün dövrlərin sevilərək izlənilən aktyoru Kadir İnanırın səhhəti yenidən pisləşib. O, reanimasiyaya yerləşdirilib. SİA xəbər verir ki, aktyorun son durumu ilə bağlı həyat yoldaşı Jülide Kural açıqlama verib.

"Müalicəmiz fizioterapiya mərkəzində davam edirdi, lakin ağciyərində yüngül infeksiya olduğu üçün xəstəxanaya qayıtdıq. Bir xəstəxanadan digər fiziki müalicə hospitalına köçürüldük. Üçüncü gündür ki, Kadir bəy reanimasiyadadır", - o bildirib.