"Şamaxı"nın "Kəpəz"lə yoxlama matçı təxirə salınıb

10 İyul 2024 15:21 (UTC+04:00)

“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb. SİA "Şamaxı"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.

Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda, saat 17:30-da start götürəcək.