Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO

10 İyul 2024 15:14 (UTC+04:00)

İyulun 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə (marixuana 34 kiloqram 690 qram; tiryək 2 kiloqram 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin mətbuat mərkəzindən SİA-ya məlumat verilib.

Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.